“Azəryol” məğlub oldu
08 Mart 2016 22:13

Qadın voleybolçular arasında CEV kubokunda yarımfinal oyunları keçirilir. Sportpress.az saytının məlumatına görə, finala gedən yolda Bakının “Azəryol” klubu Krasnodarda “Dinamo”nun qonağı olub.

İlk setə üstün başlayan təmsilçimiz uzun müddət öndə olsa da yekunda büdrəyib və ilk hissəni məğlub başa vurmalı olub. İkinci setdə isə rəqibin aşkar üstünlüyü hiss olunub. Ruslar bu dəfə 25:15 hesabı ilə qalib gəliblər. Ziya Rəcəbovun komandası 3-cü setdə rəqibinə qarşı dirəniş göstərsə də, bu da qələbə üçün yetərli olmayıb. “Yol çəkənlər” 23:25 hesabına üzülüblər. Bununla da qarşılaşmadan 0:3 hesablı məğlub ayrılan “Azəryol” mərhələ üçün son ümidlərini doğma meydana saxlayıb.

“Dinamo” (Krasnodar, Rusiya) – “Azəryol” (Azərbaycan) – 3:0 (25:22, 25:15, 25:23)

Hakimlər: Silvian Lunqu (Rumıniya), Lyubomir Qlobaçik (Sloveniya)

Krasnodar, “Olimp” İdman Sarayı

  • Share on Tumblr