Mariya Stadnik 5 qat Avropa çempionu oldu
09 Mart 2016 00:09

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb. Sportpress.az xəbər verir ki, idmançılarımız ilk yarış günündə 2 medal qazanıb.

Qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik növbəti dəfə ümidləri doğrultdu. 48 kq-da çıxış edən idmançımız əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya güləşçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəldi. Finalda güləşçimizin rəqibi Rumıniya idmançısı Emilia Vuc oldu. Rəqibinə heç bir şans verməyən Mariya növbəti dəfə Avropa çempionu adına sahib çıxdı. Bununla da Stadnik 5 qat Avropa çempionu oldu.

Sərbəst güləş yarışlarında 86 kq-da çıxış edən Aleksandr Qostiyev finala qədər bütün rəqiblərinə qalib gəlib. Həlledici görüşdə təmsilçimiz Rusiya pəhləvanı Şamil Kudiamaqomedovlə üz-üzə gəlib. Gərgin keçən rəqibin üstünlüyü ilə başa çatıb və güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.

  • Share on Tumblr