RƏSMİ: “Maliyyə məsələləri ilə əlaqələndirmək düzgün deyil”
08 Mart 2016 10:02

Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən sportpress.az-a verilən məlumata əsasən 2016-cı ildə Respublikada bir çox beynəlxalq idman yarışlarının keçirilməsi, eyni zamanda Braziliyanın Rio de Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları ilə bağlı, yarışların qrafikinin sıxlığını nəzərə alaraq Beynəlxalq Yelkənli İdman Federasiyası ilə razılaşdırmaqla yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında Dünya Çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir.

Federasiyadan bildirildi ki, bu çempionatın yeniyetmələr arasında keçirilməsi nəzərdə tutulmuşdu. Çempionatın təxirə salınmasını maliyyə məsələləri ilə əlaqələndirmək düzgün deyil.

  • Share on Tumblr