Jurnalistlər arasında şahmat yarışı keçiriləcək
07 Mart 2016 18:58

Martın 12-də jurnalistlər arasında şahmat yarışı keçiriləcək. Yarış Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi və Azərbaycan Şahmat Federasiyası tərəfindən təşkil olunacaq.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsindən sportpress.az-a bildiriblər ki, turnirin təşkilində məqsəd ölkəmizdə idmanın bu növünün təbliğinə və Dünya Şahmat Olimpiadasına dəstək verməkdir.

Turnirin qalibləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi tərəfindən mükafatlandırılacaq.

  • Share on Tumblr


Oxşar xəbərlər