Mikayıl Nərimanoğlu: “Gəncədə 25-30 minlik müasir səviyyəli stadionunun olmasını istəyirik”
02 Mart 2016 16:39

“Klublar Komitəsinin dünənki iclasında Gəncə stadionunun vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Qərara alındı ki, Klublar Komitəsi Icraiyyə Komitəsinə təklif göndərsin. Təklif də ondan ibarətdir ki, “Kəpəz” in meydançası növbəti mövsüm üçün normal vəziyyətə salınsın. Həmin arena AFFA-nın balansında deyil”. Sportpress.az xəbər verir ki, bu sözləri “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu deyib.

M. Nərimanoğlu qeyd edib ki, qarşıdakı günlərdə Gəncə stadionunun qazonu daha yaxşı vəziyyətdə olacaq: “Artıq havalar istiləşməyə başlayıb. Martın 13-də öz meydanımızda “Xəzər Lənkəran”ı qəbul edəcəyik. Özünüz də görəcəksiniz ki, həm qarşıdakı, həm də növbəti oyunlarda arenanın qazonu daha yaxşı durumda olacaq”.

Klublar Komitəsinin dünən baş tutan iclasında həm də cari mövsümdə ölkə kubokunun finalının Gəncədə baş tutma ehtimalı müzakirə edilib. Lakin Mikayıl bəy bu məsələni şərh etməyib: “Bu haqda sualları həmin təklifi irəli sürən quruma, yəni PFL-ə ünvanlayın”.

Sonda Mikayıl Nərimanoğlu qeyd edib ki, gəncəli azarkeşlər kimi onlar da şəhərdə müasir stadionun olmasını istəyirlər: “Biz də Gəncədə 25-30 minlik müasir səviyyəli stadionunun olmasını istəyirik. Hazırda həmin arena klubun balansında deyil. “Kəpəz” təmənnasız olaraq həmin arenadan istifadə edir” (Futbolxeber)

  • Share on Tumblr


Oxşar xəbərlər