Yunan-Roma güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazandı
30 Noyabr 2015 05:53

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb. Sportpress.az xəbər verir ki, turnirdə 41 ölkədən dünyanın 450-ə yaxın ən güclü pəhləvanları mübarizə aparıb.

Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz 2 qızıl, 3 gümüş və 4 bürünc medala yiyələnib.

Bütün rəqiblərindən üstün olan Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) turnirin baş mükafatını qazanıb. Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) qazandırıb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz 1 gümüş medal qazanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 5 qızıl, 8 gümüş və 8 bürünc medalla başa vurub.

  • Share on Tumblr