Ziya Bayramov dünya çempionu oldu
17 Noyabr 2015 11:33

İtaliyada keçirilən K-1 üzrə dünya çempionatına yekun vurulub. Sportpress.az xəbər verir ki, təmsilçimiz Ziya Bayramov (80 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Yarımfinalda Polşa, həlledici görüşdə isə İsveç idmançısına nokautla qalib gələn Bayramov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daha bir idmançımız 49 kq-da çıxış edən Ramazan Abdullayev də komanda yoldaşının uğurunu təkrarlayıb. Yarımfinalda Almaniya, finalda isə İtaliya təmsilçisindən güclü olan Ramazan Abdullayev dünya çempionatının qızıl medalını qazanıb.

image (1)

  • Share on Tumblr


Oxşar xəbərlər