Vüqar Verdiyev mütləq çempion oldu
15 Noyabr 2015 12:29

Yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən idmançılar mübarizə aparıblar.Azərbaycanın ən güclü bodibildinqçiləri müəyyənləşib. Sportpress.az xəbər verir ki, 14 noyabr Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bodibildinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Şəki, Gəncə, Naxçıvan və Bakı şəhərlərindən idmançılar mübarizə aparıblar. +90 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala “Bakı Best GYM” klubunun üzvü Vüqar Verdiyev layiq görülüb. Bu çəkidə çempion adını qazanan, Avropa çempionatının gümüş medalçısı Vüqar Verdiyev, həmçinin yenidən bodibildinq üzrə Azərbaycan çempionatının mütləq çempionu tituluna sahib olub.

  • Share on Tumblr