Kazbek Tuayev: “Prosineçkini seçməklə səhv etməmişik”
13 Noyabr 2015 14:54

Bu gün “Neftçi” və SSRİ yığmasının sabiq futbolçusu, bir vaxtlar milli komandamızı çalışdırmış Kazbek Tuayevin  75 yaşı tamam olur.

Sportpress.az Qol.Az-a istinadən bu münasibətlə Tuayevin Rusiyanın “Sport-Express” nəşrinə geniş müsahibəsini təqdim edir.

Müsahibəni ixtisarla təqdim edirik.

- 75 yaşınızı Moskvada qeyd edəcəksiniz?

– Mən ümumiyyətlə, ad günü qeyd etmirəm. Azərbaycan – Moldova yoldaşlıq oyununda ad günümlə bağlı nəsə etmək istəyirlər. Mən belə şeylər haqda düşünmürəm. Heç bir banket və hədiyyə istəmirəm. Bizim evdə lap əvvəldən ad günü qeyd olunmur.

– Siz bizi təəccübləndirirsiniz.

– Atamla anam da bunu xoşlamırdı. Hətta onların doğum gününü bilmirəm. Uşaqlarımın ad gününü isə bilirəm. Ancaq onların da doğum gününü qeyd etmirik. Mənim yaxın dostum Ələkbər Məmmədov belə şeyləri çox sevərdi. O, 55, 60, 65 yaşlarını təntənəli şəkildə qeyd etmişdi. Soruşurdum ki, Alik, bu, nəyə lazımdır? Deyirdi ki, mənə xoşdur.

- Moskvaya niyə qatarla gəlmisiniz?

– Mənə həkim bunu məsləhət görüb. Deyib ki, təyyarəyə minsəm, gərək bir ay müalicə olunam. On il əvvəl “Neftçi”də çalışanda Antalyaya avtobusla gedirdim. Komanda isə təyyarə ilə gedirdi. Atobsla 8-9 saatlıq yol idi.

- Hazırda Moskvada dostlarınızdan kim var?

– Yuri Kuznetsovla hərdən telefonla danışıram. Yaxın dostlarımdan Sergey Kramarenko və Adik Qolodeç dünyasını dəyişib.

- Təxminən bir ildir Azərbaycan millisini Robert Prosineçki çalışdırır. Onunla söhbətiniz olub?

– Bəli. O, həm rusca danışır həm də azərbaycan dilini öyrənir. Bakıda yaşayır. Çempionatın bütün oyunlarına gedir. Onun rəhbərliyi altında yığmamız daha yaxşı oynayır. Prosineçkini seçməklə səhv etməmişik. Baxmayaraq ki, federasiya rəhbərliyi bir neçə mütəxəssislə danışıq aparırdı. İcraiyyə Komitəsinin iclasında 25 namizədlə bağlı müzakirə aparmışdıq. Roberto Mançinidən Martin Yola qədər.

- Yaxşı formadasınız. Niyə məşqçiliyi tez atdınız?

-  Davam etsəydim, yəqin ki, 75 yaşıma qədər yaşaya bilməzdim. Bu yaşda sağlamlıqla zarafat etmək olmaz. Həm də artıq yorulmuşdum. İndi mənim ürəyimdə bir məktəb var.

  • Share on Tumblr