Leonardo Jardim: Qarabağ – Monako matçında hər iki klubun qələbəsinə pul qoymaq olar
04 Noyabr 2015 18:37

Fransanın “Monako” klubunun baş məşqçisi Leoanrdo Jardim Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Sportpress.az xəbər verir ki, knyazlıq təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

“Qarabağ” zəif komanda deyil və evdə yaxşı oynayır. Onların kifayət qədər yaxşı futbolçuları var. Amma biz Bakıya qələbə üçün gəlmişik. Çətin və gərgin qarşılaşma olacağını bilirik. Rəqibin Monakodakı oyununu görmüşəm. Amma Bakıda tam fərqli oyun olacağını bilirəm. Matça hazırıq. Qələbə qazanmaq istəyimizi də gizlətmirik. Çünki qazanılacaq qələbə bizi pley-off mərhələsinə daha da yaxınlaşdıracaq.

Rəqibin heyətində hansısa futbolçunu yox, orta xətti fərqləndirərdim. Mərkəz oyunçuları çox güclüdür. “Qarabağ”ın “Yanq Boyz”la oyunlarını izləmişəm. Komandanız həmin görüşdə çox yaxşı çıxış edib. Hansı komandanın qələbə qazanmasına proqnoz verərdim? Məncə, hər iki komandanın qələbəsinə pul qoymaq olar”.

Azərisport

  • Share on Tumblr


Oxşar xəbərlər