Qurban Qurbanov: “Mütləq sonadək mübarizə aparmalıyıq”
04 Noyabr 2015 17:08

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın “Monako” klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Sportpress.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Bakıda baş tutacaq oyun öncəsi təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Bəzən belə oyunlardan öncə sevincli oluruq. Amma necə məsuliyyət daşıdığımızı da başa düşürük. “Monako” güclü rəqibdir. Qrupda hələ də məğlub olmayan komandadır. Hazırlıq üçün elə də çox vaxtımız olmadı. Çünki gərgin qrafiklə oynayırıq. Lakin hələ də vaxtımız var. Yaxşı oyun sərgiləmək istəyirik. Mütləq sonadək mübarizə aparmalıyıq”.

“Heyətlə bağlı dəyişiklik təbii ki, olacaq. Məsələn, hücumçuları dəyişdiririk. Çünki heyətdə itkilərimiz var. Komanda üzərində təzyiq var. Futbolçular üzərində belə təzyiq olması bəzən müsbət effekt də verir. Belədə daha çox oyunu düşünməli olurlar. Ümid edirəm ki, stadionda çoxlu azarkeş olacaq”.

Qurbanov “Monako” ilə oyun öncəsi matçın keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda son məşqə çıxmamalarına da aydınlıq gətirib: “Qazonu korlamaq istəmirik. Ona görə də Suraxanıda məşq etməyə üstünlük verdik”.

“Monako” çox baxımlı və sürətli oyun sərgiləyir. Bu üzdən də maraqlı oyun olacağı şübhəsizdir. Amma biz evdə daha yaxşı oynamağa çalışacağıq”.

Azerisport

  • Share on Tumblr


Oxşar xəbərlər