Azərbaycan gimnastı Oleq Stepko Qlazqoda keçirilən dünya çempionatında finalda paralel qollarda 15,966 bal toplayaraq üçüncü yeri tutub. Sportpress.az xəbər verir ki, idmançımız bu göstərici ilə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, Oleq Stepko ilk Avropa Oyunlarının qalibidir.