Elçin Zeynalov: “Bakı bulvarında avarçəkmə bazasının inşası planlaşdırırlır”
31 Oktyabr 2015 23:48

Sportpress.az Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalovla müsahibəni təqdim edir.

- Elçin müəllim, Prezident İlham Əliyev IV İslam Həmrəylik Oyunlarının Təşkilat komitəsinin birinci iclasında Azərbaycan multikulturalizmi barədə fikir söyləmişdir ki, onun xüsusiyyətlərinin də daha çox ölkə üçün maraqlı olduğunu söyləyə bilərik. I Avropa Oyunlarından hansı səciyyəvi misal gətirmək mümkündür?

– İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxış edərkən Prezident İlham Əliyev Azərbaycanın İslam dünyasının ayrılmaz tərkib hissəsi olduğunu xüsusi qeyd etmişdir. Bu dinamik inkişaf edən müasir dövlətdir və bizim dövlətdə dini, milli, irqi zəmində heç vaxt ayrıseçkilik olmamışdır və heç zaman olmayacaqdır. Dövlət başçısı qeyd etmişdir ki, “Azərbaycan multikulturalizm mərkəzidir”.

İlk Avropa Oyunları beynəlxalq aləmdə Azərbycan liderinin sosial-iqtisadi siyasətinin və ölkənin dövlət və qeyri-hökumət təşkilatları üzərində idarəetmənin ifadəsi kimi çıxış etdilər. Oyunlar habelə ölkəmizin müxtəlif mədəniyyətlərinin dərk edilməsi və ehtiram olunması şəklində xalqın multikulturalizminin humanitar əlamətlərinin də inikası rolunu oynayır. Bu bütün zamanlar üçün xalqın yaddaşına həkk olunmuş ən dəyərli nemətdir.

Azərbaycan multikulturalizmi bütün xalqın humanitar mədəniyyətinin təbiətinin mahiyyətidir. Bu mahiyyət özünü xalqın ənənələri-nəzakət və ehtiram amili olan qonaqpərvərlikdə də aşkar şəkildə büruzə verir.

Birinci Avropa Oyunlarında Azərbaycan multikulturalizmi özünü Təşkilat Komitəsinin idarəetmə qabiliyyətinin xarakterində də əks etdirdi. Təşkilat Komitəsi dövlət siyasətini ideya şəklində həyata keçirərək etika, ünsiyyət mədəniyyəti, qəbul, mərasim kimi sferalarda da özünü bir daha təsdiq etdirə bildi. Təsadüfü deyil ki, “Bakı-2015″ -in iştirakçıları və qonaqları bu sahədəki xidmətə də çox yüksək qiymət verdilər.

- Birinici Avropa Oyunlarında misilsiz nəticələr əldə olundu və bu gün çoxlarını belə bir sual maraqlandırır: 2016-cı il il XXXI Olimpiya Oyunlarında və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarında idmançılarımızdan hansı nəticələri gözləməyə dəyər?

– Müstəqillik bərpa edildiyi gündən Azərbaycan idmançılarının yüksək nəticələri dinamik şəkildə artır və bu faktı statistika da sübuta yetirir. 1996-cı ildə Atlanta Olimpiadasında yeganə gümüş medal qazanılmış, beynəlxalq yarışlarda isə 200-ə qədər mükafat əldə edilmişdi. London-2012 Olimpiadasında 10 medal əldə olunmuşdu ki, bu da Azərbaycana dünyada 30-cu, Avropa isə 15-ci yerə çıxmağa imkan verdi, 2014-cü ilin beynəlxalq yarışlarında isə medal rekorduna imza atıldı-müxtəlif əyarlı 805 medal.

Birinci Avropa Oyunlarından qabaq Azərbaycan idmançıları ciddi uğurlar qazandılar. “Bakı-2015″-də misilsiz nəticələrə imza atıldı, oyunlardan sonra isə Rio-2016-ya olimpiya lisenziyaları qazanılır.
Sözsüz ki, idmançılarımız həm Olimpiya Oyunlarında, həm də İslam Oyunlarında yeni uğurlara nail olacaqlar.

- IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri, xanım Mehriban Əliyeva oyunlara hazılığın əsas məqsədlərindən biri kimi açılış və bağlanış mərasimi ideyasının qısa müddət ərzində formalaşdırılmalı olduğunu söyləmişdir. Vesti.az saytına müsahibənizdə Siz qeyd etdiniz ki, birinci Avropa Oyunlarının aşılış mərasimində Sizdə ən böyük təəssürat hissini Qobustan qayaüstü yazılarının təsviri və muğam oyatdı. Bakı-2017 İslam Oyunlarının açılış ssenarisi üçün Siz özünüz hansı səhnənin qurulmasını təklif edərdiniz?

– Birinci Avropa Oyunlarının 3 saatlıq aşılış mərasimi ssenarisində müxtəlif tarixi dövrlərin səhnələri, uzaq keçmişin təkamül prosesinin xüsusiyyətləri misilsiz şəkildə nümayiş olundu və İslam Oyunlarının açılış səhnəsində Birinci Avropa Oyunlarının açılışını xatırladan elementlərin yer almasını təsəvvür etmək çox çətin olardı. Lakin burada müqayisəni istisna edən bir məqam mövcuddur. Avropa Oyunlarının orijinal ssenarisinin kompozisyon rəngarəngliyində Heydər Əliyev Fondunun üslubu hiss edilirdi. Bu rəngarəngliyin diapazonu hüdudsuz idi. İslam Oyunlarında, Avropa Oyunlarında olduğu kimi biz növbəti orijinallığın əminəm ki, şahidi olacağıq. Burada iki misal gərtirmək istərdim.

Mədəniyyətin ən parlaq ifadə vasitələrindən biri qədim zamanlardan musiqidir. O bütün xalqlar tərəfindən milli mənsubiyyətindən asılı olmayaraq qəbul edilir.

Dahi Səməd Vurğun Azərbaycan xalqının poeziya tarixi barədə danışarkən qeyd etmişdir ki, “İncəsənət və ədəbiyyat inciləri min illər bundan qabaq yaradılmışdır. Qobustan qayaüstü yazıları isə Azərbaycan xalq musiqisinin, bizim şair və filosofların dahi əsərlərindən də erkən yarandığını sübuta yetirir.

Ölkəmizin musiqi həyatını birinci xanım Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu olmadan təsəvvür etmək mümkün deyildir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzi yaradılmış, “Muğam dünyası” adlı beynəlxalq festivallar keçirilir, ifaçıların müsabiqələri baş tutur. Bu tədbirlər beynəlxalq aləmə Azərbaycan xalq musiqisinin təkrarolunmaz lirikasını, Azərbaycan poeziyasının inciləri-Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir və başqalarının əsrarəngsiz şedevrlərini təqdim etməkdə böyük rol oynayırlar. İslam oyunlarının açılış ssenarisi ilə bağlı mənim öz təsəvvürümdə isə “Azərbaycan” adında gözəl musiqi və şerləri özündə əks etdirən tarixi bir səhnə canlanır.

1973-cü ildə M. Maqomayev respublika rəhbəri Heydər Əliyevin 50 illik yubileyi şərəfinə sözləri Nəbi Xəzriyə mənsub olan bir musiqi bəsdələdi. “Azəraycan” adlı bu mahnı ilk dəfə təntənəli axşam mərasimində səslənərək Azərbaycanın simvoluna çevrildi. Poetik mahnı olan “Azərbaycan” dahi Heydər Əliyevə həsr edilməklə yanaşı, müstəqilliyimizin himni də sayıla bilər. Məhz bu üslubda musiqi bəşər ideyalarında qələbə və təntənəni, ölkənin gücü, qüdrəti və fikir genişliyini özündə əks etdirərək İslam Oyunlarının aşılış mərasimində müxtəlif səhnə variantlarında tətbiq edilə bilər. Lakin burada bir çox məqamlar rejissor məharətindən də asılı olacaqdır.

- Birinci Avropa Oyunlarının paytaxtına təşrif buyuran əcnəbilər hesab edirlər ki, erməni idman heyətinin stadiona çıxdığı an səslənən səs-küy Azərbaycan multikulturalizmi ilə bir araya sığmır.

– Ermənistan nümayəndələrinin də Bakıda digər Avropa Oyunlarında iştirak edən heyətlər səviyyəsində qarşılandığını xatırlamağa ehtiyac duymuram. Stadionda olan səs-küy isə şüuraltı bir ifadədir. Onun qarşısını almaq mümkün olmasa da, izahını vermək mümkündür. Tam olaraq hamı azərbaycanlıların, istənilən ölkənin idman heyətlərini necə məftunluqla qarşıladığının şahidi oldu. Hamının gözü qarşısında Ermənistan nümayəndələrinə rəğbətin nümayiş edilməsi isə nəinki düşmənə, habelə özünə qarşı da qeyri-səmimi təsir bağışlayardı. Bakı-2015-in açılışında həmçinin, işğalçı müharibə nəticəsində öz övladlarını, valideynlərini, əziz və doğmalarını itirmiş qaçqın və köçkünlər də var idi. Bəzilərinin səs-küylü münasibəti və mənfi reaksiyası da, səs-küy qədər təbiidir. Bir tərəfdən Ermənistan tərəfdən törədilən vəhşilikləri onlardan kimsə eşitməyə də bilərdi. Digər tərəfdən, bizi gözü götürməyən şəxslər onlara toxunmayan problemlərə sakit reaksiya verməyə öyrəncəlidirlər.Ümid edirəm ki, bu problemlər Allah qoysa, onlar üçün heç vaxt yaşanmayacaq.

İkinci Cahan müharibəsindən sonra Stalin söyləmişdir ki, “Bir ölüm faktı faciədirsə, milyonların ölümü sadəcə statistikadır”. Zorakılığa və şərə rəvac verənlər hər zaman öz talelərini də düşünməlidirlər.

- Ermənistan və onun şəbəkələnmiş lobbisi Azərbaycan haqqında şər kampaniyasını Avropa Oyunlarından çox-çox qabaq başlamışlar. Bir çoxlarını bu gün də belə bir sual maraqlandırır- nə üçün işğalçı heç bir mənəvi haqqı olmadan Azərbaycan qonağına çevrilə bildi?

“Dünyada birinci elm, imkan daxilində az pislik və daha çox yaxşılıq etmək elmidir”. Dahi Lev Tolstoyun bu ifadəsinin bir əsrdən bir qədər çox yaşı var, lakin homo novus bu müddət ərzində çox böyük dəyişikliklərə məruz qalmışdr. Azərbaycan torpaqlarının 20% -ni işğal etmiş Ermənistan daim şərlə məşğuldur və yalan danışır və bu millətin mədəniyyətinin şər, yalan və zorakılıq ifadə etməsində təəccüblü bir məqam görmürəm.

Bununla yanaşı, Avropa Oyunlarına dəvət Avropa Olimpiya Komitəsinin səlahiyyətində olan bir məsələdir və AOK Ermənistanı bu oyunlara buraxmasaydı, bəzi ölkələr bu faktı diplomatik protokolun pozulması kimi dəyərləndirəcək, erməni lobbisi isə siyasi spekulyasiyalara başlayacaqdı. Maraqlıdir ki, AOK öz qərarı ilə Birinci Avropa Oyunlarına, yalnız işğalçını deyil, “idman siyasətdən kənardadır” arqumentini əldə rəhbər tutub BMT tərəfindən tanınmamış ölkəni də buraxmışdır.

Böyük idman böyük siyasət deməkdir. Bu siyasət ayrıca bir ölkənin və onun sosial-iqitisadi potensialının idarəetmə mədəniyyətini əks etdirir. Bu həm də 1980 və 1984-cü illər Olimpiya Oyunlarının boykotu, habelə Tokio Olimpiya Oyunlarına CAR-ın milli olimpiya yığmasının rasist ideyalar səbəbindən buraxılmaması deməkdir.

Bir daha söz haqqında…

BOK-nin Xartiyasında zorakılıq, işğal, rasizm kimi sözlər mövcud deyildir. Lakin sülh, mədəniyyət, etika, iradə, sevinc, olimpizmin əsasını təşkil edən digər pozitiv xüsusatlar BOK-nin və AOK-nin rəhbərliyini Xartiya prinsiplərini pozan və dünyada zorakılıq yayan ölkələrin oyunlara buraxılması üzərində düşünməyə vadar etməlidir.

- İki il yarım ərzində Mingəçevirdə, “Kür” OİM-də avarçəkmə və kanoe üzrə Avropa Oyunlarının yarışlarının keçirilməsi məqsədilə uzunluğu 1 km olan qurğu quraşdırılmışdır. Lakin “akademiyaçılar”ın yarışları üçün çay üzərində yox, kanalda 2 km-lik məsafə zəruridir. Kanalın tikintisi planlaşdırılırmı?

– Birinci Avropa Oyunlarından sonra Azərbaycan Respublikası Olimpiya Oyunlarının keçirilməsinə əsas namizədlərdən biridir. Lakin bir sıra obyektiv səbəblərdən rəsmi Bakı “Olimpiya Oyunları 2024″-ün paytaxtı olmağa öz namizədliyini irəli sürməmişdir, kanal isə çox mürəkkəb bir texniki qurğudur və geniş ərazi, ekoloji və hidroqrafik özəlliklərə malik su hövzəsinin mövcudluğunu tələb edir.

“Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafı üzrə” Dövlət Proqramında idmanın maddi-texniki bazasının inkişafı və möhkəmləndirilməsinə, Böyük Şor, Bülbülə və Xocəsən kimi ərazilərə bitişik 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət ayrılmışdır.

Biz bu göllərin qayıq yarışları və sağlamlaşdırılması problemləri üzərində işləyirik, lakin Bakıda süni kanal yaratmaq hələ ki, tezdir.

Hazırda Milli Dənizkənarı Parkda İdman Kompleksi ərazisində müasir tikililərin – Yaxtklubun və arxitektur forma və orijinal daxili məkan dizaynını özündə əks etdirən avarçəkmə bazasının tikintisini başlamaq planlaşdırırlır. Sözsüz ki, Bakı avarçəkmə bazası avarçəkmənin kütləvi inkişafının, perspektiv idmançıların seçimini və avarçəkmə üzrə yığma komandaların Avropa, dünya və Olimpiya Oyunlarına keyfiyyətli hazırlığını təmin edəcəkdir və bu gün bu avarçəkmə üçün Azərbaycanda süni kanaldan daha vacib problemdir.

- Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin fəaliyyətində Sizin də qeyd etdiyiniz kimi, Heydər Əliyev Fondunun dəsti-xətti hiss edilirdi. Bu dəsti-xətt ən yüksək səviyyədə Köhnə Dünyanın ən möhəşəm tədbirlərindən birini qüsursuz şəkildə həyata keçirməyə imkan verdi. “Bakı-2017 İslam Oyunları”nın hazırlığı və həyata keçirilməsində də biz bu dəsti-xətti hiss edəcəyikmi?

– Heydər Əliyev Fondunun rəhbərliyindəki dəsti-xətt hamı tərəfindən- Avropa strukturlarının ekspertləri, oyunların iştirakçıları, qonaqları və bütün xalqımız tərəfindən hiss edildi. Yarım əsr ərzində Azərbaycan xalqında dahi Heydər Əliyev kimi böyük bir etalon mövcud olmuşdur. Bu şəxsiyyət bizim maddi, mənəvi mədəniyyətimizin və idman uğurlarımızın inkişafını ən yüksək dünya nailiyyətlərinə yönəldirdi. Bu gün dahi Liderin bu vəsiyyətləri onun adını daşıyan Fondun rəhbərləri- Mehriban Əliyeva və Leyla Əliyeva tərəfindən ideal şəkildə hətaya keçirirlir. Bu gün bir çox hallarda məhz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində bütün mütərəqqi bəşəriyyət Azərbaycanın mənəvi və humanitar mədəniyyətinə valehdir.

Humanizm, təhsil, elm, ekologiya məsələlərinin həllini- habelə, flora və faunanın xilasını bu gün Mehriban Əliyeva və Leyla Əliyevasız və onun tanınmış ekoloji layihələri olmadan təsəvür etmək mümkünsüzdür.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə IV İslam Oyunları Təşkilat Komitəsinin sədri vəzifəsində birinci xanım Mehriban Əliyeva təsdiq edilmişidir. Şübhə yoxdur ki, “Bakı-2017 İslam Oyunları” yalnız İslam dünyasının deyil, habelə Avropa və dünya ictimaiyyətinin də növbəti riqqətinə layiq olacaqdır.

- Öz cavablarınızda Siz müxtəlif dövrlərin dahi şəxlərinin aforizmlərinə istinad etdiniz. Fikrinizcə, ölkənin idman və Olimpiya hərəkatının inkişafının əsasını hansı meyarlar təşkil edir?

– Mən cavabımda dünya arenasında ali idman nailiyyətlərinin əldə edilməsi məqsədilə inkişaf bazisi rolunu oynayan formulaya istinad edəcəyəm: “Biz istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Ölkəmizdə idmanla məşğul olan hər bir insan həm fiziki, həm də mənəvi cəhətdən saflaşsın.”

Dövlət başçısı cənab İlham Əliyevin bu tapşırığının icrası əksər hallarda idman liderinin idarəetmə mədəniyyətindən, onun dövlət və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri siyasətindən asılı olur. Məhz bu siyasət ölkəni dünya arenasında şərəfləndirə biləcək yüksək səviyyəli idmançıların ərsəyə gəlməsini təmin edir.

Qloballaşan mürəkkəb dünyamızda dövlət idman siyasətinə rəhbərlik edən A. Rəhimov idaretmə mədəniyyətinin dövlət formalarına istinad edərək öz fəaliyyətinin ilk illərində idman siyasətinə və yüksək beynəlxalq səviyyəli idmançıların hazırlığı prosesinə yeni impuls, yeni istiqamət vermiş, dövlət və qeyri-hökumət təşkilatlarının həyat tərəfindən təsdiq edilən qarşılıqlı fəaliyyət siyasətini müəyyən etmişdir: ” Əgər sən öz Vətənini sevirsənsə, əgər sən öz övladlarının və nəvələrinin bu ölkədə yaşamasını istəyirsənsə, sənin bu ölkə üçün edə biləcəyin ən əsas işdir.” Əminəm ki, məhz bu ideya ölkəmizin bütün idman təşkilatlarının fəaliyyətinin əsasını təşkil edir.

  • Share on Tumblr


Oxşar xəbərlər