Toğrul Əsgərova Avropanın ən yaxşı idmançısı adı verildi
30 Oktyabr 2015 09:24

2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçimiz Toğrul Əsgərov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb. Sportpress.az xəbər verir ki, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş assambleyasında Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.

Qeyd edək ki, oktyabrın 26-dan öz işinə başlayan Assambleyada Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər.

Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitələrinin Assosiyasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.

  • Share on Tumblr


Oxşar xəbərlər