Əbu-Dabidə bürünc medal qazanan cüdoçularımız vətənə döndülər
29 Oktyabr 2015 12:13

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyinə yekun vurulub və Azərbaycan idmançıları bu yarışın iki bürünc medalını qazanıblar. Sportpress.az xəbər verir ki, artıq cüdo üzrə gənclərdən ibarət yığma komandamız vətənə dönüb.

Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, jurnalistlər və idman ictimaiyyətinin bir qrup üzvü qarşılayıb.

Bürünc medalçılar Hidayət Heydərov və Firudin Dadaşov jurnalistlərin suallarını cavablandırıblar. İdmançılarımız yarış haqqında təəssüratlarını bölüşüblər. Onlar mundialda güclü cüdoçuların mübarizə apardığını və bu səbəbdən yarışların çətin keçdiyini söyləyiblər. Medalçılarımız gələcək yarışlarda daha yaxşı nəticə göstərə biləcəklərinə inandıqlarını vurğulayıblar.

Komandanın məşqçisi Elçin İsmayılov isə bunları söyləyib: “Son bir ay ərzində təlim-məşq toplanışına başladıq. Buna baxmayaraq, uşaqlar çox gözəl nəticə qazandılar, onların nəticəsindən məmnunuq. Yarışda daha yaxşı nəticə qazana bilərdik. Ancaq hakimlərin haqsızlığı buna imkan vermədi”.

  • Share on Tumblr


Oxşar xəbərlər