Azərbaycan klubları Çempionlar Liqasında mübarizəyə başlayır
27 Oktyabr 2015 13:39

Oktyabrın 28-də Azərbaycanın qadın voleybolçulardan ibarət iki klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində mübarizəyə start verəcək. “Report” xəbər verir ki, “Lokomotiv” ÇL-in 1-ci turu çərçivəsində səfərdə Kazanın “Dinamo” klubunun (Rusiya) qonağı olacaq. Digər təmsilçimiz “Azərreyl” isə Bakıda Almaniyanın “Ştutqart” kollektivini qəbul edəcək.

Birinci turun oyunları 27-29 oktyabr tarixlərində keçiriləcək.

Çempionlar Liqası. Qadınlar. 1-ci tur

A Qrupu

28 oktyabr

19:00 “Azərreyl” – “Ştutqart” (Almaniya)

22:00 “Dinamo” (Rusiya) – “Lokomotiv”

  • Share on Tumblr