“Xəzər Lənkəran” “Sumqayıt”la oyuna hazırlaşır
27 Oktyabr 2015 13:27

Oktyabrın 28-də “Sumqayıt” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bir günlük istirahətin ardından hazırlıqlara start verib. Sportpress.az-ın məlumatına görə, komanda oktyabrın 26-da bir araya gələrək saat 17:00-da stadionun ehtiyat meydançasında güclü yağış altında məşqə çıxıb. Hazırlıq prossesində Rasim Ramaldanovdan savayı bütün futbolçular iştirak ediblər. Təcrübəli müdafiəçi hələ də müalicə alır.

Qeyd edək ki, komanda növbəti məşqini bu gün keçirdikdən sonra özünün baza-otelində istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.

Mənbə: 12cioyuncu.info

  • Share on Tumblr