“Qəbələ” AZAL-la oyunun hazırlıqlarına start verib
27 Oktyabr 2015 12:38

“Qəbələ” Topaz Premyer Liqasının X turunun AZAL-la oyununun hazırlıqlarına başlayıb. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, IX turun oktyabrın 25-də keçirilən “Zirə” ilə oyunundan (0:0) sonra məşqlərə ara verməyən “qırmızı-qaralar” dünən Qəbələ şəhər stadionunda hazırlıq keçib. Səhər baş tutan məşqdə komanda iki qrupda çalışıb. “Zirə” ilə matçın iştirakçıları fiziki və bərpaedici hazırlıq keçibsə, digər oyunçular toplu çalışmalara üstünlük verib. Zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular hazırlıqda iştirak edib.

Xatırladaq ki, oktyabrın 28-də keçiriləcək X turun “Qəbələ” – AZAL oyunu saat 17:00-da başlayacaq.

  • Share on Tumblr