Xəyal Caniyevdən növbəti qələbə – FOTOLAR
20 Oktyabr 2015 15:30

Çinin Ninboa şəhərində K-1 üzrə Top King turnirinin növbəti mərhələsinin görüşləri keçirilib. Sportpress.az-ın məlumatına görə, Azərbaycan idmançısı, “Best of the Best” promoşn qrupunun üzvü Xəyal Caniyev italyan əsilli Peru təmsilçisi Serjio Madzettini məğlub edib. Gərgin keçən görüşdə idmançımız Madzettiyə şans verməyərək xal hesabında uğur qazanıb. Bu qələbə sayəsində Caniyev mötəbər «Top King World Series» turnirində yarımfinala vəsiqə qazanıb. Top King-in ən güclü dörd idmançısı dekabrın 26-da Tailandda mübarizəyə qoşulacaq.

Qeyd edək ki, “Best Of the Best”in idmançısı Xəyal Caniyev iyulda Tailand boksunun canlı əfsanəsi Buakav Bençamek üzərində parlaq qələbə qazanıb. Bundan sonra idmançımız Laosda alban Eddi Patsini məğlub edib.

image (2)

image (2) image image (1)

  • Share on Tumblr