SOCAR-Azərbaycan və Odlar Yurdu ikinci qələbəsini qazandı – FOTOREPORTAJ
20 Oktyabr 2015 12:04

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda ikinci tur başa çatıb. Sportpress.az-ın məlumatına görə, turnirin son qalibi “SOCAR-Azərbaycan” Almaniyanın “Verder” klubuna 5:1 hesabıyla qalib gəlib. Yarışa uğurla başlayan digər klubumuz “Odlar Yurdu” da inamlı çıxışını davam etdirib. İsveçrə “Jeneva”sı ilə qarşılaşan təmsilçimiz “quru hesablı” qələbə sayəsində liderliyə yüksəlib.

II tur

“Verder” (Almaniya) – SOCAR (Azərbaycan) – 1:5

Vlastimil Babula (2554) – Aniş Qiri (2798) – 1:0

Qennadiy Fiş (2460) – Fabiano Karuana (2796) – 0:1

Sven Çarmete (2257) – Teymur Rəcəbov (2738) – 0:1

Yoahim Asendorf (2275) – Şəhriyar Məmmədyarov (2736) – 0:1

Stefan Buhal (2329) – Rauf Mamedov (2657) – 0:1

Fabian Brinkmann (2051) – Eltac Səfərli (2657) – 0:1

“Odlar Yurdu” (Azərbaycan) – “Jeneva” (İsveçrə) – 6:0

Emil Sutovski (2635) – Klovis Vernay (2460) – 1:0

Vasif Durarbəyli (2618) – Nikita Petrov (2450) – 1:0

Ülvi Bacarani (2546) – Aleksandr Vugllemyer (2345) – 1:0

Qədir Hüseynov (2634) – Rihard Qerber (2368) – 1:0

Nicat Məmmədov (2590) – Klod Landerberqye (2353) – 1:0

Zaur Məmmədov (2458) – Stefan Batçinski (2265) – 1:0

Turnir cədvəli: 1. “Odlar Yurdu” (Azərbaycan), “Alkaloid” (Makedoniya), SŞM (Rusiya), SOCAR (Azərbaycan) – 4 xal.

Bu gün “SOCAR-Azərbaycan” və “Odlar Yurdu” Rusiya klublarına qarşı mübarizə aparacaq. Görüş Bakı vaxtıyla saat 18-də start götürəcək.

Emelianova-Skopje-d2-01 Emelianova-Skopje-d2-02 Emelianova-Skopje-d2-03 Emelianova-Skopje-d2-04 Emelianova-Skopje-d2-05 Emelianova-Skopje-d2-06 Emelianova-Skopje-d2-07 Emelianova-Skopje-d2-08 Emelianova-Skopje-d2-09 Emelianova-Skopje-d2-10

  • Share on Tumblr