“SOCAR-Azərbaycan” və “Odlar Yurdu” Avropa Kubokuna qələbəylə başladı – FOTOLAR
19 Oktyabr 2015 00:35

Makedoniyanın Skopye şəhərində şahmat üzrə klublar arasında Avropa Kuboku uğrunda mötəbər yarışa start verilib. Sportpress.az-ın məlumatına görə, 50 komandanın iştirak etdiyi Avropa Kuboku uğrunda mübarizədə Azərbaycan iki klubla təmsil olunur. Bunlar Avropa Kubokunun son qalibi “SOCAR-Azerbaijan” və “Odlar Yurdu” klublarıdır. İlk turda yarışın favoritlərindən sayılan “SOCAR-Azerbaijan”  Finlandiyanın “Tammer-Şakki” kollektivini üstələyib 5,5:0,5. Komandamızda Veselin Topalov, Aniş Giri, Maykl Adams,Şəhriyar Məmmədyarov və Eltac Səfərli qələbə qazanıb. Rauf Məmmədov heç-heçə oynayıb.

Digər klubumuz “Odlar Yurdu” İngiltərənin “Uayt Roz” komandası üzərində 4:2 hesablı inamlı qələbə qazanıb. Ülvi Bacarani,Nicat Abbasov,Qədir Hüseynov və Zaur Məmmədov partiyanı qələbəylə başa vurub. Vüqar Rəsulov və Nicat Məmmədov məğlubiyyət acısı yaşayıb.

SOCAR-Azerbaijan şahmat klubunun mətbuat xidməti

Emelianova-Skopje-opening-01 Emelianova-Skopje-opening-02 Emelianova-Skopje-opening-04 Emelianova-Skopje-opening-09

  • Share on Tumblr