Boksçumuz dünya çempionu oldu!
15 Oktyabr 2015 23:02

Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatının finalında 2 idmançımız rinqə çıxıb. Sportpress.az-ın məlumatına görə, 52 kq-da yarışan Elvin Məmişzadə kubalı rəqibini məğlub edərək dünya çempionu olub. Bununla da Məmşizadə dünya çempionu tituluna sahib çıxan 4-cü boksçumuz kimi tarixə düşüb. Ona qədər bu uğura Ağası Məmmədov, Məhəmmədrəsul Məcidov və Cavid Çələbiyev imza atıblar.

Elvin Məmişzadədən fərqli olaraq, 60 kq-da mübarizə aparan Albert Səlimov kubalı Lazaro Alvaresə uduzub. Boksçumuz zədə səbəbindən döyüşünü sona çatdıra bilməyib.

Qeyd edək ki, boks millimiz dünya çempionatını 1 qızıl və 1 gümüşlə yanaşı, daha 2 bürünc medal da qazanıb. Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) üçüncü yerə sahib çıxıb.

  • Share on Tumblr