Çumbinyo: “Özümü yaxşı hiss edirəm”
14 Oktyabr 2015 13:44

Milli oyunlarla bağlı yaranmış fasilə ilə əlaqədar olaraq “Qarabağ”ın “Qəbələ” ilə hazırlıq matçında diqqətçəkən olay yarımmüdafiəçi Çumbinyonun 1 il 1 aylıq fasilədən sonra geri dönməsi olub. Sportpress.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunda start heyətdə meydana çıxan brazilyalı futbolçu 80 dəqiqə meydanda qalıb. Çumbinyo klubun saytına verdiyi açıqlamada oyun haqqında təəssüratlarını bölüşüb: “1 ildən çoxdur ki  meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı bir təzyiq yox idi . Fiziki və beyin olaraq oyuna hazır idim. Düzü, əsas narahatçılığım o idiki ayağımda ağrı hiss edə bilərdim. Amma çox şükürlər olsun ki ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. İnşallah, ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm”.

Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-sında Avropa Liqasının qrup mərhələsinin  ilk oyununda “Sent Etyen”lə qarşılaşmada zədələnərək yaşıl meydançalardan uzaqda qalıb.

 

  • Share on Tumblr