Robert Prosineçki: “Bu, ən pis oyunumuz idi”
14 Oktyabr 2015 02:38

“Azərbaycan millisini çalışdırdığım dövr ərzində ən pis oyunumuzu oynadıq. Rəqib daha istəkli idi. Səhvlərimizin üzərində işləyəcəyik. Futbolda hər cür nəticələr olur. Rəqibi təbrik edirəm”. Sportpress.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri yığmamızın baş məşqçisi Robert Prosineçki Avro-2016-nın seçmə mərhələsində Boqlarıstan millisi ilə oyundan (0:2) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Maksim Medvedyev əvəzlənəndən sonra birbaşa paltardəyişmə otağına getdi. O, zədələndiyi üçün belə etdi?

– Bəli, təəssüflər olsun ki, zədələndi. Ancaq hələlik zədəsinin nə qədər ciddi olduğunu bilmirik.

- Fasilədən sonrakı oyunu bütün görüş ərizində göstərə bilməməniz üçün nə çatmadı?

– Futbolçularım nəsə etmək istəyirdi. Ancaq matça yaxşı başlamadıq. İtaliya ilə oyundan sonra yorğunluq var idi. Ancaq rəqib daha istəkli idi. İkinci hissədə üstünlüyü ələ almaq istədik, ancaq alınmadı.

  • Share on Tumblr


Oxşar xəbərlər