Azərbaycan millisi seçmə mərhələni 5-ci pillədə başa vurdu
14 Oktyabr 2015 02:32

Azərbaycan yığma komandası Avro-2016-nın seçmə mərhələsində çıxışını başa vurub. Sportpress.az-ın məlumatına görə, milli komandamız cari seçmə mərhələdə keçirdiyi 10 oyundan 1-də qalib gəlib, 3 dəfə heç-heçə edib və 6 görüşdə uduzub. Yığmamız 10 oyunda 7 qol vurduğu halda, öz qapısında 18 qol görüb. 6 xal toplayan komandamız seçmə mərhələni qrup beşincisi kimi bitirib. Millimizin yer aldığı qrupun qalibi İtaliya olub. “Skuadra Adzurra” ilə yanaşı, qrup ikincisi Xorvatiya da gələn il Fransada keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanıb. Qrupu üçüncü yerdə tamamlayan Norveç yığması isə pley-off matçlarında iştirak etmək hüququ qazanıb.

  • Share on Tumblr


Oxşar xəbərlər