“Bakı”nın üzvləri Vətənə 2 medalla qayıdırlar
12 Oktyabr 2015 15:56

Ukraynanın Odessa şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə beynəlxalq yarışda “Bakı” cüdo klubu da qatılıb. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 kq çəki dərəcəsində Kamal Mehrəliyev 2-ci, 32 kq çəki dərəcəsində Abbas Məmmədov isə 3-cü yerlə kifayətlənib.

“Bakı”nın digər üzvü Zabit Seyidov isə 42 kq çəki dərəcəsində 3-cü yer uğrunda döyüşdə məğlub olub.

Beləlklə, “zolaqlılar”ın yetirmələri vətənə iki medal ilə qayıdırlar.

  • Share on Tumblr