Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalandı – FOTOREPORTAJ
05 Oktyabr 2015 17:53

Bu gün Azərbaycan və Misir Şahmat Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sportpress.az xəbər verir ki, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıb. Razılaşmaya əsasən şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışlar və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.

İmzalanma mərasimində sonra suallara cavab verən AŞF-nin prezidenti Elman Rüstəmov müqavilənin vacibliyindən danışıb: “Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən şahmatçılar Azərbaycanda və ya Misirdə təlim-məşq toplanışlarında iştirak edə bilər, hakimlərimizin təcrübə mübadiləsi aparılacaq”.

Dünya Kubokunun mətbuat xidməti

IMG_8157 IMG_8158 IMG_8163 IMG_8175 IMG_8178 IMG_8180 IMG_8197 IMG_8221

 

  • Share on Tumblr