Nikolas Kanales rəsmən “Krılya Sovetov”da
29 Sentyabr 2015 20:13

“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanalesin yeni klubu müəyyənləşib. Sportpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, çilili hücumçu karyerasını “Krılya Sovetov”da davam etdirəcək. 30 yaşlı forvard tibbi müayinədən uğurla keçdikdən sonra Samara klubu ilə rəsmi müqavilə imzalayıb. Kanales yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Kanales “Neftçi”nin heyətində meydana çıxdığı 52 oyunda 39 qol vurub.

 

  • Share on Tumblr