Yuri Syomin işsiz qaldı
29 Sentyabr 2015 16:50

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin işsiz qalıb. Sportpress.az-ın məlumatına görə, təcrüəbli mütəxəssis cari mövsümdən çalışdırdığı “Anji” ilə yollarını ayırıb. Klubun yaydığı bəyanatda tərəflərin qarşılıqlı razılıq əsasında yollarını ayırdığı bildirilir. Syominin artıq əvəzləyicisi də məlumdu. Belə ki, komanda Ruslan Ağalarova tapşırılıb.

Qeyd edək ki, 10 turdan sonra 6 xal toplayan “Anji” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

  • Share on Tumblr