“Qarabağ” – “Anderlext”: oyunöncəsi məşqlər və mətbuat konfranslarının vaxtı açıqlandı
29 Sentyabr 2015 13:42

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Anderlext” qarşılaşmasından öncə  keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. Sportpress.az-ın məlumatına görə, “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov və bir futbolçu 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq. “Anderlext”in baş məşqçisi Besnik Hasi isə 19:30-da mətbuat konfransında iştirak edəcək.

“Qarabağ”ın açıq məşqi 18:30-da Suraxanıdakı bazada olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq. 18:45-də isə klub tərəfindən ayrılmış avtobus media mənsublarını Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

“Qarabağ”:

Mətbuat konfransı  –  15:00 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 18:30 (“Qarabağ” FK-nın bazası, Suraxanı qəsəbəsi)

“Anderlext”:

Mətbuat konfransı  –  19:30 (T. Bəhramov adına Respublika stadionu)

Məşq – 20:00 (T. Bəhramov adına Respublika stadionu)

  • Share on Tumblr