“İnter” və Sumqayıt”ın futbolçusu 1 oyunluq cəzalandı
29 Sentyabr 2015 13:40

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportpress.az-ın məlumatına görə, “Kəpəz”lə oyunun 86-cı dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Dhiego Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

AZAL-la oyunun 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 14 №-li futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

 

  • Share on Tumblr