Azarkeşlər “Qarabağ”ı xərcə saldı
29 Sentyabr 2015 13:12

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportpress.az-ın məlumatına görə, Topaz Premyer Liqasının VI turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.

  • Share on Tumblr