AFFA-dan “Kəpəz” və “Sumqayıt”ın məşqçilərinə sərt cəza
29 Sentyabr 2015 13:07

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportpress.az-ın məlumatına görə, Topaz Premyer Liqasının VI turunun “İnter”  – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun məşqçisi Xaliq Mərdanov  hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

  • Share on Tumblr