Bakı-2015 Dünya Kuboku: ilk finalçı müəyyənləşdi
28 Sentyabr 2015 18:51

Bakıda keçirilən şahmat üzrə dünya kubokunda ilk finalçı müəyyənləşib. Sportpress.az-ın məlumatına görə, rusiyalı şahmatçı Peter Svidler Hollandiya təmsilçisi Aniş Girin mübarizədən kənarlaşdırmaqla finala adlayıb. Dünən qara fiqurlarla Giriyə qalib gələn Svidler bu dəfə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, Svidlerin finaldakı rəqibi Pavel Elyanov (Ukrayna) – Sergey Karyakin (Rusiya) cütünün qalibi olacaq. Adıçəkilən şahmatçılar sabah tay-brekdə qalibi müəyyənləşdirəcəklər.

  • Share on Tumblr