Peter Zayzenbaher: “Ən yaxşılar seçilib, Azərbaycanı təmsil etməlidirlər”
26 Sentyabr 2015 00:40

“Azərbaycan Cüdo Federasiyasından dəvət gəldi. Mən də təklifi qəbul etdim. Yenidən burda olduğum üçün çox şadam”. Sportpress.az-ın məlumatına görə, bu sözləri cüdo üzrə milli komandamızın köhnə-yeni baş məşqçisi Peter Zayzenbaher deyib.

Təcrübəli mütəxəssis qarşıdakı planları haqda bunları söyləyib: “Komanda ilə artıq 1 dəfə görüşmüşəm. Təbii ki, dəyişikliklər olacaq. Əvvəlcə tibbi personalla söhbət etmək lazımdı. Sonra 9 aylıq proqram hazırlayacağıq. Əsas odur ki, komanda üzvləri onların qayğısına qaldığımızı hiss etsinlər”.

Zayzenbaher qeyd edib ki, millimizdən ayrıldıqdan sonra şəxsi biznesi ilə məşğul olub: “Cüdo federasiyasının əvvəlki rəhbərliyi ilə aramızda ciddi problem yox idi. Hər şey qaydasındadır. Yeni rəhbərlik mənimlə çalışmaq barədə qərar qəbul edibsə, deməli işimin peşəkarıyam. Burdan ayrıldıqdan sonra şəxsi bizsimlə məşğul idi. Həmçinin dünya cüdo federasiyasının əməkdaşları ilə tez-tez görüşürdük”.

Millimizin köhnə-yeni çalışdırıcısı mətbuatda daha əvvəl əmək aylıq haqqısının 25 min ABŞ dolları olması barədə iddiaya da münasibət bildirib: “Razılaşmışıq ki, maliyyə məsələləri barədə mətbuata açıqlaqma verməyək. Lakin onu deyim ki, maaşım həmin məbləğdən aşağıdır”.

Peter Zayzenbaher millidə rəqabət yaratmaq istədiyini bildirib: “İlk növbədə hər kəsə şans verməliyik. Hər çəkidə minimum 2 güclü idmançı olnalıdır. Ən yaxşılar seçilib, Azərbaycanı təmsil etməlidirlər”.

 

  • Share on Tumblr