“Qəbələ”nin rəqibi kubokda mərhələ adladı
24 Sentyabr 2015 21:19

Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. Sportpress.az-ın məlumatına görə, Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Krasnodar” səfərdə “Zenit-İjevsk”in qonağı olub. Matç Krasnodar klubunun 1:0 hesablı qələbəsi ilə tamamlanıb. “Krasnodar”ı 1/8 finala yüksəldən qolu qarşılaşmanın 86-cı dəqiqəsində Fyodor Smolov vurub.

Qeyd edək ki, 1/8 finalda “Krasnodar” “Anji” ilə üz-üzə gələcək.

  • Share on Tumblr