Məhəmməd Abdullayev dünya çempionu oldu
14 Sentyabr 2015 12:09

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. Sportpress.az-ın boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.

+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.

  • Share on Tumblr