Toğrul Əsgərov ermənini diz çökdürdü
11 Sentyabr 2015 01:40

Las Veqasda güləş üzrə dünya çempionatı davam edir. Sportpress.az-ın məlumatına görə, dördüncü yarış günündə mübarizə aparan idmançılarımız arasında 65 kq sərbəst güləşdə yarışan Toğrul Əsgərov da var. Təmsilçimiz artıq 2 rəqibini məğlub edərək 1/8 finala adlayıb. Əvvəlcə qazaxıstanlı Sayatbek Okassovu üstələyən Toğrul Əsgərov, ardınca erməni rəqibi Devid Safaryanı məğlub edib. 1/8 finalda güləşçimizin rəqibi gürcü Avtandil Kençadze olacaq.

  • Share on Tumblr