Güləşçimiz ermənini məğlub edib, dünya çempionu oldu
09 Sentyabr 2015 10:31

Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatında Azərbaycan ilk qızıl medalı qazanıb. Sportpress.az-ın məlumatına görə, ikinci yarış günündə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl 4 qələbə qazanmaqla finala adlayıb. Həlledici görüşdə Ukraynanı təmsil edən erməni Armen Vardanyanı da üstələyən güləşçimiz, dünya çempionu olub.

  • Share on Tumblr