Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti olur
03 Sentyabr 2015 13:58

Cüdoçular federasiyanın biganə münasibətinə etiraz olaraq ölkə başçısı cənab İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Sportpress.az-ın “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Gənclər və İdman Nazirliyində həmin cüdoçularla iclas keçiriləcək, onların problemləri dinləniləcək. Qəzetin yazdığına görə, tezliklə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev cüdonu himayəsinə götürəcək.

  • Share on Tumblr