Şahmat üzrə Dünya Kuboku-2015 (Promo-video)
02 Sentyabr 2015 01:00

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Sportpress.az-ın məlumatına görə, sentyabrın 10-da Bakıda Ümumdünya Şahmat Federasiyasının (FİDE) ən vacib yarışlarından biri olan Dünya Kubokuna start veriləcək. Oktyabrın 5-dək davam edəcək turnir “Fairmont” otelində keçiriləcək. 45 ölkədən 128 şahmatçının iştirak edəcəyi yarışın finalçıları iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Təşkilatçılar tərəfindən hazırlanan promo videonu sizə təqdim edirik.

 

 

 

  • Share on Tumblr