Şahin Diniyev: “Bu gün 2 xal itirdik”
16 Avqust 2015 22:32

“Çox ağır oyun oldu. Emosiyaların ön planda olduğu oyundan sonra analiz etmək, danışmaq çətindir. Amma deməliyəm ki, biz bu gün 2 xal itirdik”. Sportpress.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Premyer Liqanın ikinci turunda Gəncə klubu öz meydanında “Zirə” ilə heç-heçə oynayıb – 1:1. Diniyev qarşılaşma haqda bunları söyləyib: “Əgər komanda qol vəziyyəti yarada bilmirsə, o zaman heç-heçəyə sevinmək olar. Lakin biz çox sayda qol epizodu yaratsaq da, bunlardan birindən maksimum istifadə etdik. Futbolçulara etirazım yoxdur. Oyunçular isti havada meydançanın hər qarışı üzrə mübarizə apardılar. Qısa zaman ərzində biz oyun formalaşdıra bilmişik. Bəzi çatışmazlıqlar zaman keçdikcə aradan qalxacaq. Bu gün Gəncədə futbol bayramında bizimlə olan hər kəsə təşəkkür edirəm”.

  • Share on Tumblr


Oxşar xəbərlər