Şahin Diniyev: “Legioner götürmək çox həssas bir məsələdir”
03 Avqust 2015 16:55

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev heyətə qatdıqları legionerlərdən danışıb. Sportpress.az-ın məlumatına görö, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında deyib: “Legionerlər Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında düşərgəmizə təşrif buyurdular. Onlara məşqlərdə və yoxlama oyunlarında baxdım. Açığı, bəyəndim. Bakıda bir daha baxmaq istədim, ona görə də futbolçuları ölkəmizə dəvət etdik. Komandaya legioner götürmək çox həssas bir məsələdir. Səhv etmək olmaz, tam əmin olandan sonra müqavilə bağlamalısan. Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdı. Deyə bilərəm ki, Juninyo belə oyunçulardandır. Onun oyunlarının kasetini izləmişdim, amma yenə də sınamaq istədim. Ümidlərimizi doğruldur. Heyətdəki bütün futbolçulara inanıram”.

  • Share on Tumblr


Oxşar xəbərlər