Bolqar müdafiəçi “Neftçi”də
28 İyul 2015 17:05

Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” daha bir futbolçunu baxışa çağırıb. Sportpress.az-ın məlumatına görə, bu, bolqarıstanlı müdafiəçi Borislav Stoyçevdi. 28 yaşlı futbolçu vətənində “Vidima-Ralovski”, “Çernomorets Burqas”, “Nafteks Burqas”, “Sliven 2000″, “Lyubimets 2007″, “Minyor Pernik”, və “Beroe Stara Zaqora” klublarında çıxış edib. Sonuncu dəfə “Levski Sofiya”nın formasını geyinib. Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.

 

  • Share on Tumblr


Oxşar xəbərlər