Qara Qarayev “Malaqa”da ilk məşqinə çıxdı
23 İyul 2015 16:50

“Əlincə” klubunun yetirməsi olan Qara Qarayev “Malaqa”nın U-19 komandasının heyətində ilk məşqinə çıxıb. Sportpress.az-ın “Əlincə”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Q.Qarayev İspaniya təmsilçisinin heyətində keçirdiyi ilk məşqdən məmnun olduğunu bildirib: “Bəli, ilk məşqimə çıxdım. Burada çox yaxşı qarşılandım. Hər şeydən məmnunam. Çox güclü məşqlər keçirilir. İlk məşqimə çıxmağıma baxmayaraq, çətinlik çəkmədim”.

  • Share on Tumblr