“Bakı mənə “London-2012”ni xadırlatdı”
18 İyul 2015 11:54

“Bakı-2015” ilk Avropa Oyunlarında qadınlar arasında 100 metr maneəli qaçış yarışının qalibi (ümumi komanda hesabı üzrə gümüş medalçı), avstriyalı atlet Beate Şrott qitənin ən böyük idman turniri haqqında fikirlərini “Azərtac”a bölüşüb: “Biz hələ heç bir yarışda bu qədər tamaşaçı, belə böyük stadion görməmişdik… Bu, mənim üçün böyük təcrübə idi. Bakı mənə “London-2012”ni xatırlatdı. Biz Bakıda həqiqətən də gözəl vaxt keçirdik”.

“London-2012” Yay Olimpiya Oyunlarının finalçısı, bir sıra beynəlxalq turnirlərin mükafatçısı B.Şrott qeyd edib ki, o, qaçışdan öncə çox həyəcan keçirib. Bunun səbəbi isə bu ilin may ayında yarışların birində maneəni aşarkən aldığı zədə olub.

Bakıdakı nəticə B.Şrott üçün təkcə aktivinə yazılmış yeni bir medal kimi deyil, ilk növbədə, onun psixoloji durumu, optimizm və özünəinamı üçün xüsusi əhəmiyyət kəsb edib.

  • Share on Tumblr