Azərbaycan idmançılarının və könüllülərin iştirakı ilə parad keçirilib
13 İyul 2015 00:53

İyulun 12-də “Bakı-2015” Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında parad keçirilib. Sportpress.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin, birinci Аvropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil edilən tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı İdman Sarayından başlayan “Bakı-2015” paradı Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb.

“Bakı-2015” paradı burada xüsusi konsert proqramı ilə davam etdirilib.

  • Share on Tumblr