Elxan Məmmədov UEFA-da komitə üzvü seçilib
30 İyun 2015 22:32

UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub və İdarəetmə və Audit  Komitəsinin tərkibi müəyyənləşib. Sportpress.az-ın məlumatına görə, qitə futbol qurumu rəhbərliyinin bu məsələ ilə bağlı təklifi İcraiyyə Komitəsində geniş müzakirə olunub və üç ölkənin – Azərbaycan, Avstriya və Finlandiya Futbol Federasiyasının nümayəndəsi  komitəyə üzv seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovun da təmsil olunduğu komitənin işi UEFA-nın ayrı-ayrı sahələr üzrə fəaliyyətini, o cümlədən maliyyə məsələlərini audit edəcək,  qərarların icrasını və effektivliyini mütəmadi olaraq araşdırmaqla UEFA rəhbərliyinə  hesabatlar  hazırlayacaq.

  • Share on Tumblr


Oxşar xəbərlər