“Xəzər Lənkəran” 3 futbolçu ilə yollarını ayırdı
30 İyun 2015 18:33

“Xəzər Lənkəran” Futbol Klubu və syerra-leoneli rımmüdafiəçi Alfred Sanko qarşılıqlı razılıq əsasında mövcüd müqaviləyə xitam veriblər. Sportpress.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin yayında komandaya cəlb olunan Sanko ümumilikdə 26 oyunda meydana çıxıb və 2 dəfə fərqlənib.

Həmçinin, müqavilə müddəti başa çatan Ruslan Cəfərov, eləcə də Elnur İsmailov da klubdan ayrılıb.

“Xəzər Lənkəran” Futbol Klubu hər bir futbolçuya klubda çıxış etdiyi müddət ərzində xidmətlərinə görə təşəkkür edir və gələcək karyerada uğurlar diləyir.

 

  • Share on Tumblr


Oxşar xəbərlər