Neriman Özsoy: “Qazandığım medalı evimin ən gözəl yerində saxlayacağam”
28 İyun 2015 09:37

“Bu gün bizim üçün möhtəşəm bir gün oldu. Birinci olduq və qızıl medal qazandıq. Bu qədər asan olacağına inanmırdıq. Finalı daha çətin təsəvvür edirdik. 3-0 hesabla oyunun qalibi olmaq üzümüzü güldürdü. Bütün komanda yoldaşlarımı təbrik edirəm”. Sportpress.az xəbər verir ki, bu sözləri “Azərtac”a müsahibəsində Türkiyə qadın idmançılardan ibarət voleybol yığmasının oyunçusu Neriman Özsoy söyləyib.

O, deyib: “Azərbaycanın yarışlara belə yüksək səviyyədə təşkilatçılığı bizi çox sevindirir. Hər şey çox gözəldi. Burada olmaqdan qürur duyuruq. Belə bir qalibiyyətlə tarixə düşmək hər bir idmançının arzusudur”.

Polşa komandası ilə final oyunundan danışan N.Özsoy bildirib ki, ikinci setdə ayağı zədə alsa da, oyundan çıxmaq istəməyib. Komanda yoldaşlarının dəstəyi və qələbə arzusu ağrını unutdurub.

Qazandığı medalı evinin ən gözəl yerində saxlayacağını söyləyən Türkiyə qadın idmançılardan ibarət voleybol yığmasının oyunçusu deyib ki, onların çox yaxşı komandaları var. Məhz buna görə də gələcək uğurlarımızın sayı getdikcə daha da çoxalacaq.

  • Share on Tumblr